Modern.az

Mülayim hava şəraiti davam edəcək

Mülayim hava şəraiti davam edəcək

Təhsil

4 Noyabr 2013, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat verib. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən  məlumatı görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 10-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə