Modern.az

Şahmar Mövsümov gələn ilin xərclərindən danışdı

Şahmar Mövsümov gələn ilin xərclərindən danışdı

Təhsil

4 Noyabr 2013, 13:44

“Növbəti ildə Neft Fondunun aktivlərindən gəlirləri 380 milyon manat təşkil edəcək”. Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümov bildirib. O, qeyd edib ki, növbəti ildə Fondun gəlirləri 11 milyard 626 milyon manat, xərcləri isə 11 milyard 391 milyon manat təşkil edəcək. “Xərclər əsasən mühüm infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Fond 2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tbilisi-Qars dəmir tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsi 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəndə Azərbaycanın payı üçün 223 milyon manat vəsait ayrılacaq”.

Fondun icraçı direktor onu da əlavə etdi ki, keçən il bir çoxları Fond büdcəsinin kəsirlə dolacağını bəyan edirdilər. “Amma bu deyilənlərin əksi baş verdi. Bu il Neft Fondunun büdcəsi profisitlə tamamlanacaq. 1 milyard dollar həcmində profisit yaranacaq”.   Aytən Əliyeva  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə