Modern.az

ACP-dən daha bir “rəsulçu” istefa verdi

ACP-dən daha bir “rəsulçu” istefa verdi

Təhsil

4 Noyabr 2013, 13:46

Açıq Cəmiyyət Partiyasının (ACP) Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlu vəzifəsindən istefa verib. Bu barədə Modern.az-a məlumat verən A.Abdullaoğlu istefası ilə bağlı ACP sədri Sülhəddin Əkbəri xəbərdar etdiyini deyib.

Keçmiş təşkilat sədri buna səbəb kimi Rəsul Quliyevin partiyadan ayrıldığını göstərib: “ACP lideri Rəsul Quliyev partiyadan istefa verdikdən sonra mən də partiyadan ayrılmağı düşündüm. Rəsul Quliyevlə xeyli müddətdir ki, yaxın münasibətlərimiz var. 1995-ci ildən başlayaraq onun rəhbərlik partiyalarda çalışmışam. İstefa verməyimin səbəbi də Rəsul Quliyevin partiyadan ayrılması olub. İndi də Rəsul Quliyev haradadırsa, biz də onun yanında olacağıq”.

Xatırladaq ki, ACP-dən ötən ay partiyanın lideri Rəsul Quliyev, sədrin siyasi məsələlər üzrə müavini Vaqif Mahmudov, Ali məclisin sədri Zəminə Dünyamalıyeva və partiya funksioneri Solmaz Ələsgərova istefa veriblər.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə