Modern.az

Heydər Əliyev Mərkəzi Küveyt Dövlətinin medalı ilə təltif olunub - FOTO

  Heydər Əliyev Mərkəzi Küveyt Dövlətinin medalı ilə təltif olunub - FOTO

Təhsil

4 Noyabr 2013, 14:32

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medal və təşəkkür plaketi ilə təltif olunub. Yarışlar görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil olunub.

  Modern.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzinin idman sahəsinin inkişafına dəstək layihəsi çərçivəsində 2013-cü il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak edib. Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən «Vətənsevər» Dostluq Cəmiyyəti və «Küveyt-Azəri» müəssisəsi ilə birgə, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə keçirilib.  
Tədbir çərçivəsində qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə