Modern.az

QHT Şurası icraçı direktorunun 50 illik yubleyini qeyd edib

QHT Şurası icraçı direktorunun 50 illik yubleyini qeyd edib

Təhsil

4 Noyabr 2013, 20:58

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun 50 illik yubleyi ilə bağlı tədbir keçirilib. Şura sədri Azay Quliyev çıxış edərək yubilyarı təbrik edib və Fərasət Qurbanovun Azərbaycanda vətəndaş cəmiyyəti hərəkatının yaradılmasında və fəaliyyət dairəsinin genişləndirilməsində mühüm əməyi olduğunu söyləyib.

Azay Quliyev istər Milli QHT Forumu, istərsə də Şuradakı fəaliyyəti dövründə F.Qurbanovun öz işgüzarlığı və yüksək mənəvi keyfiyyətləti ilə hər zaman çalışdığı kollektivin böyük rəğbətini qazandığını qeyd edərək, QHT sektorunun bu günki inkişaf səviyyəsinə çatmasında onun xidmətlərinin olduğunu vurğulayıb. Sonra A.Quliyev Fərasət Qurbanovu Şuranın Fəxri Fərmanı ilə təltif edib.

Tədbirin digər iştirakçıları da yubilyar haqqında ürək sözlərini bildiriblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə