Modern.az

Bakıda avtobusla qatar toqquşdu-YARALANANLAR VAR

Bakıda avtobusla qatar toqquşdu-YARALANANLAR VAR

Təhsil

5 Noyabr 2013, 10:03

Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, hadisə Neftçilər prospektində, "Port Baku" biznes mərkəzinin yaxınlığında qeydə alınıb.

Sərnişin avtobusu yük qatarı ilə toqquşub. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindən Trend-ə faktı təsdiqləyiblər.

İlkin məlumata görə, hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan birinə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 5 yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 4-nün vəziyyəti orta-ağır, digər birinin vəziyyəti isə ağır qiymətləndirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə