Modern.az

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti müraciət yaydı

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti müraciət yaydı

Təhsil

5 Noyabr 2013, 10:08


Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti bu təhsil ocağı haqqında məlumatlara etiraz əlaməti olaraq müraciət yayıb.

Modern.az-ın xəbərinə görə, müraciətdə 75 yaşlı universitetin indiyədək qazandığı uğurları sadalayan professor-müəllim heyəti GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısının alındığını, tədrisin keyfiyyətinin, əmək intizamının yüksəldiyini bildiriblər:

”Rektorun mobil telefonu və e-maili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetimizdə bütün imtahanlar test üsulu ilə kompüter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi inkansızdır”.

Müraciət müəllifləri bildiriblər ki, saytlarda yer tutan bəzi iddialara, GDU əleyhinə kəskin ittihamlar əsassızdır.

“Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının birbaşa öz vəzifələri və səlahiyyətləri var. Gəncə şəhəri İcra Hakimiyyəti ali təhsil ocaqlarının büdcəsinə və ya işinə müdaxilə etmir. Bununla bağlı aidiyyəti qurumlar istənilən vaxt büdcə ilə bağlı yoxlama apara bilər. Yadigar Əliyev hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı və təhsil nazirinin əmri ilə rektor təyinatı alıb, şəxsən təntənəli şəkildə eks-nazir M.Mərdanov Yadigar Əliyevi Gəncə ictimaiyyətinə təqdim edib...
... Bir daha qeyd etmək istəyirik ki, Gəncə Dövlət Universitetində şəffaflığın təmin edilməsində rektor Yadigar Əliyevin fəaliyyəti göz önündədir, pedaqoji kollektiv və tələbələr tərəfindən alqışlanır”.

Professor-müəllim heyəti  bəyan edib ki, universitetdə rüşvətin aradan qaldırılması son vaxtlarda, əlləri çirkli pullara öyrənmiş bəzi şəxslərin narahatlığına səbəb olub. Bunun nəticəsi olaraq,  saytlarda müəllifi məlum olmayan yazılar dərc olunur.

”Saytlara dərc olunmaq üçün göndərilən, heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin  bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik”.
Müraciət müəllifləri jurnalistləri həqiqəti yazmağa çağırıblar. Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

professor Həsənbala Sadıqov
professor Vaqif Novruzov
                    professor Şaiq Məmmədov
                    professor Telman Quliyev
                    dosent Elçin Cavadov
                             dosent Yaqub Cəfərov
                             dosent Niyazi Quliyev
                             dosent Şahin Xurşudov
                             dosent Zakir Zeynalov
                             dosent Emin Yaqubov
                             dosent Cabbar Qarayev
                             dosent Teymur İsmayılov
                             dosent İlqar Cabbarov
                             dosent Rasim Hüseynov
                             dosent Elxan İsmayılov
                             dosent Sabir Əliyev
                             dosent Bayram Apoyev
                             dosent İsfəndiyar Allahverdiyev
                             dosent Zakir Ələsgərov
                             dosent Cəfər İbrahimov
                             dosent Rizvan İmanov
                             dosent Mərdan Məmmədov
                             dosent İsax Mahmudov
                             baş müəllim Cavid Bağırzadə
                              baş müəllim Elman Məhərrəmov
                              baş müəllim İlham Məmmədov və başqaları

                    

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə