Modern.az

Yerevanın üzv olduğu hərbi blok ATƏT-lə Qarabağı müzakirə edəcək

Yerevanın üzv olduğu hərbi blok ATƏT-lə Qarabağı müzakirə edəcək

Təhsil

5 Noyabr 2013, 11:42

Noyabrın 7-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  baş katibi Nikolay Bordyuja ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşəcək. Modern.az “Reqnum” agentliyinə istinadən xəbər verir, görüş KTŞT-nın Moskvadakı qərargahında keçiriləcək.

Görüş zamanı transsərhəd təhlükələr, terrorizm və ekstremizmlə mübarizə, regiondakı münaqişlərin həlli və 2014-cü ildə Beynəlxalq koalisiyanın Əfqanıstanı tərk etdikdən sonra yaranacaq təhlükələr müzakirə olunacaq.

Tərəflər dekabrın 5-6 da Kiyevdə 20-ci dəfə keçiriləcək ATƏT-ə üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşünə hazırlıqla bağlı da fikir mübadiləsi aparacaq.

V.İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə