Modern.az

Rəsul Quliyev Asəf Quliyevlə birləşir

Rəsul Quliyev Asəf Quliyevlə birləşir

Təhsil

5 Noyabr 2013, 12:17

ACP-nin sabiq lideri Rəsul Quliyev Milli Şuradan istefa verib, Asəf Quliyevin yaratdığı hərəkata qoşulacaq. Bu barədə Modern.az-a müxalifət düşərgəsindəki mənbədən məlumat verilib. Məlumatda prezident seçkilərindən bir neçə gün əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Demokratik Qüvvələrin Milli Şurasından istefa verən Asəf Quliyevin yaratdığı hərəkatın bu ayın sonunda tam tərkibdə ictimaiyyətə təqdim olunacağı bildirilir. Hərəkatın idarə olunmasında Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyev də iştirak edəcək. R.Quliyevin adının gizli saxlanılmasına səbəb onun Milli Şurada təmsil olunmasıdır. ACP sabiq lideri Milli Şura ilə yollarını ayırdıqdan sonra açıq bəyanatla A.Quliyevin hərəkatına dəstək verəcəyini açıqlayacaq.

R.Quliyevin Milli Şuradan yaxın günlərdə istefa verəcəyi gözlənilir. Yəqin ki, bu, növbəti sessiyada olmasa da, iclasdan bir neçə gün sonra baş verəcək. Hərəkat elan olunduqdan sonra AXCP-nin bəzi funksionerlərin də istefa verərək, bu təşkilata qoşulması ehtimal edilir.

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə