Modern.az

Bütün Avropa Birliyi məkanında baş örtüyünə qadağa qoyulur

Bütün Avropa Birliyi məkanında baş örtüyünə qadağa qoyulur

Təhsil

3 May 2010, 09:46

Baş örtüyü  bütün Avropa Birliyinə daxil olan ölkələrin ərazisində qadağan olunacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa parlamentinin Almaniyadan olan deputatı Silvan Kox-Merin bütün Avropa Birliyi məkanında niqab və çarşabın qadağan olunması təşəbbüsü ilə çıxış edib.  Almaniyada nəşr olunan  “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə deputat qeyd edib ki, bu cür geyimlər  Avropanın bölüşmədiyi dəyərləri təcəssüm etdirir. Qeyd edək ki, Kox-Merin Avropa parlamentində Azad Demokrat Partiyasından olan deputat qrupunu  təmsil edir. Xatırladaq ki, artıq Belçika parlamenti ölkədə müsəlman qadınların niqab və çarşabdan istifadə etməsini qadağan edib.

Fransada çarşablı qadınlar 150 avro cərimə ödəməli olacaq

Fransada da ictimai yerlərdə üz örtüyü və çarşabla görünən qadın və qızlar ilk vaxtlar 150 avro cərimə ödəməli olacaq. Qadınları üz örtüyü və çarşabla ictimai yerlərdə görünməyə məcbur edən şəxsləri isə daha ağır cəza gözləyir. Qadınlara qarşı zorakılıq kimi başa düşüləcək bu işdə günahlandırılanlara qarşı bir il həbs cəzası və 15 min avro cərimə tətbiq olunacaq. Bütün bunlar ölkənin daxili işlər naziri xanım Mişel Allio-Marinin mayın 19-da üz örtüyü və çarşaba qoyulacaq qadağa ilə bağlı Nazirlər Şurasının müzakirəsinə təqdim edəcəyi qanun layihəsində öz əksini tapıb. Prezident Nikola Sarkozinin tələbi ilə üz örtüyü və çarşabı qadağan edəcək qanunla bağlı baş nazir Fransua Fiyyon bu həftə dini və siyasi rəhbərlərlə məsləhətləşmələr aparacaq. Xatırladaq ki, Fransa Avropada Belçikadan sonra uz ötrüyünə və çarşaba qadağa qoyan ikinci ölkə olacaq.

.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır