Modern.az

Sabunçunun deputatı: “Rayonun və Balaxanının adı dəyişdirilməyəcək”

Sabunçunun deputatı: “Rayonun və Balaxanının adı dəyişdirilməyəcək”

Təhsil

5 Noyabr 2013, 12:38

“Sabunçu rayonu və Balaxanı qəsəbəsinin adlarının dəyişdirilməsi gündəmdə deyil”. Bu sözləri Modern.az-a açıqlamasında  28 saylı Sabunçu üçüncü seçki dairəsindən millət vəkili seçilən Eldar Quliyev deyib. O, qeyd edib ki, belə bir təklif Milli Məclisə də daxil olmayıb.

“Həmin yerdən seçilən millət vəkili kimi mən belə bir şey eşitməmişəm. Milli Məclisdə də belə söhbət yoxdur və Toponimiya Komissiyasında da bu müzakirə edilməyib. İcra başçısı ilə də dəfələrlə görüşlərimiz olub, bu məsələ qaldırılmayıb. Üstəlik, adətən dəyişdirilərkən tarixi adlar bərpa olunur. Amma Sabunçu və Balaxanı oranın elə tarixi adlarıdır”.

Sabunçu rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev Sabunçu rayonun adının dəyişdirilməsi və görkəmli dövlət xadimlərindən birinin adının verilməsi təklifi ilə çıxış edib. O, eyni zamanda Böyük Bakının inkişaf planında Balaxanın adının dəyişirilərək “Təmiz Şəhər” adlandırılacağını qeyd edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə