Modern.az

Artur Rasizadə Dövlət Muğam Teatrını ləğv etdi

Artur Rasizadə Dövlət Muğam Teatrını ləğv etdi

Təhsil

5 Noyabr 2013, 12:54

Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycan Dövlət Muğam Teatrı ləğv edilib.
Modern.az-ın məlumatına görə, qərarda bildirlib ki, Mədəniyyət və Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklif nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilir.
Ləğv edilmiş Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına verilib.

Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə