Modern.az

“Böyük İpək Yolu” Avropa Parlamentində akkreditasiyadan keçib

“Böyük İpək Yolu” Avropa Parlamentində akkreditasiyadan keçib

Təhsil

5 Noyabr 2013, 14:04

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Avropa Parlamentində akkreditasiyadan keçib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Təşkilat bir  il müddətində Avropa Parlamentinin təşkil edəcəyi  tədbirlərdə və plenar iclaslarında iştirak etmək hüququ əldə edib.

“Böyük İpək Yolu” BGT qarşıdakı illərdə belə bir mötəbər qurumla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

“Böyük İpək Yolu” BGT  2012-ci ildə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə