Modern.az

Nazirlərə planşetdən istifadə etmək qadağan olundu

Nazirlərə planşetdən istifadə etmək qadağan olundu

5 Noyabr 2013, 14:33

Böyük Britaniyada nazirlərə Nazirlər Kabinetinin iclaslarına iPad tipli planşet-komputerləri gətirmək qadağan olunub. Modern.az xarici KİV-lərə isitnadən xəbər verir ki, bu addım xarici ölkələrin casusluq fəaliyyəti ilə bağlıdır.

Britaniya əks-kəşfiyyatı hesab edir ki, xarici xüsusi xidmət orqanları mobil telefon və planşetləri onların sahibində heç bir şübhə oyatmadan dinləməyə və izləməyə imkan verən proqramlar hazırlayıb.

Britaniya kəşfiyyatındakı mənbə bildirib ki, mobil qurğuları mikrofona çevirən və ətrafda baş verən bütün hadisələri öz “sifarişçisinə” ötürən texnologiyalardan daha çox Çin, Rusiya, Pakistan və İran istifadə edir. Texnologiya qurğu söndürülmüş vəziyyətdə olanda belə məlumat ötürməyə imkan verir. Mənbənin sözlərinə görə, bunu üçün “Troyan virusu”na bənzər texnologiyadan istifadə olunur.   

Bununla bağlı Britaniya hökümətinin nazirlərindən xüsusilə vacib danışıqlar zamanı mobil telefonlara quraşdırılmış xüsusi təcridedici vasitələrdən istifadə etməyi tövsiyə edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir