Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xarici jurnalistlərin növbəti qanunsuz səfəri gerçəkləşib. Azərbaycan tərəfinin icazəsi olmadan edilən belə səfərlərin iştirakçılarının adı Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınır.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev faktın araşdırılığını bildirib.
“Məsələ araşdırılır. Əvvəlcədən bir söz deyə bilmərəm”.
Qeyd edək ki, Qarabağa qanunsuz səfər edən jurnalist qrupunun tərkibində, Rusiyanın “Novıe İzvestiya” qəzetinin baş redaktoru Valeri Yakov, Almaniyanın “Rufa” agentliyinin baş redaktoru Hizbert Mrozek, Ukraynanın “İzvestiya” qəzetinin baş redaktoru Yanina Sokolovskaya, “La Tribun” qəzetinin baş redaktoru Emmanuel Qrispen, İspaniyanın “EFE” informasiya agentliyinin əməkdaşı Orteqa Vasalo Xose İqnasio, “Oqonyok” jurnalının əməkdaşı Olqa Çipenyuk, “Dojd” telekanalının əməkdaşı Anastasiya Olesik daxil olub. Onlar separatçı rejimin nümayəndələrilə görüşüblər.
Bir gün davam edən tanışlıq xarakterli səfərdən sonra jurnalistlər Qarabağı tərk ediblər.
Aytən ƏLİYEVA