
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin qalmaqallı müsahibəsi ilə bağlı öz mövqeyini açıqlayıb.
Modern.az bildirir ki, S.Ohanyan rus hərbçinin məlum açıqlamasını dəstəkləyib.
“Ermənistanla Rusiya arasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı müvafiq mühüm sazişlər və sənədlər var. Rusiya tərəfi məhz bu razılaşmalar çərçivəsində hərəkət edir”-deyə S.Ohanyan bəyan edib.
Qeyd edək ki, 102-ci hərbi bazanın komandiri Andrey Ruzinski “Krasnaya zvezda” qəzetinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağda hərbi əməlyyatlar bərpa olunacağı təqdirdə 102-ci baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı öhdəliyinə uyğun olaraq Ermənistan tərəfdən hərbi əməliyyatlata qoşulacaq.
Bu bəyanat ciddi rezonans doğurub və ATƏT həmsədrləri ilə son görüşü zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov bunu aydınlaşdımağı rusiyalı vasitəçi Popovun qarşısında qaldırıb. Popov isə bunu “anlaşılmazlıq” adlandırıb.
Deyəsən, anlaşılmazlığa oxşamır..
X. SƏFƏROĞLU