Modern.az

İran Bakının etirazından sonra Qarabağ konfransını ləğv etdi - RƏSMİ AÇIQLAMA

İran Bakının etirazından sonra Qarabağ konfransını ləğv etdi - RƏSMİ AÇIQLAMA

Təhsil

5 Noyabr 2013, 15:42

Təbrizdə Beynəlxalq Qarabağ Konfransının keçirilməsi rəsmi Bakının etirazından sonra təxirə salınıb. Modern.az saytı bildirir ki, bu barədə noyabrın 5-də İran XİN-in sözçüsü Mərziyə Əfxəm keçirdiyi brifinqdə məlumat verib. XİN sözçüsü qeyd edib ki, adıçıkilən tədbirin qeyri-hökümət təşkilatı tərəfindən düzənlənməsi planlaşıdırılırdı.

“Bir qeyri-hökumət təşkilatı bu konfransı keçirmək niyyətində olub. Amma rəsmi Bakı bu məsələdən xəbərdar olduqdan sonra, etiraz etdi və konfrans təşkilatçı qurum tərəfindən təxirə salındı”-deyə Əfxəm vurğulayıb.

Qeyd edək ki, İranda belə bir konfransın keçirilməsinin planlaşdırılması barədə ilk olaraq Modern.az bir neçə ay əvvəl məlumat vermişdi.

Konfransın elmi katibi, doktor Məhəmməd Əli Pərğu jurnalistlərə açıqlamasında bildirmişdi ki, beynəlxalq tədbirin əsas məqsədi “iranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis alimlər arasında Qarabağla bağlı yekdil fikrin formalaşması və münaqişənin həllində İranın fəaliyyətinə baxışdır”.

Konfransa İran İslam Respublikasının 7 unversiteti, nüfuzlu elmi, siyasi mərkəzlərin qatılacağı gözlənilirdi. Bununla yanaşı, konfransa rəsmi Tehranın nümayəndələrinin də iştirak edəcəyi istisna olunmurdu.

X.SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə