Modern.az

Qarabağ veteranları Zakir Həsənovla görüş üçün müraciət etdilər

Qarabağ veteranları Zakir Həsənovla görüş üçün müraciət etdilər

Təhsil

5 Noyabr 2013, 16:00

Qarabağ müharibəsinin veteranları Azərbaycanın yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşmək istəyirlər.

“Zakir Həsənovun təyinatdan dərhal sonra İctimai Birliyimiz adından Müdafiə Nazirliyinə təbrik məktubu göndərdik və yaxın günlərdə də veteranların görüşü üçün müraciət etmişik”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev deyib.

“Yeni nazirə müraciətdə ilk növbədə indiyədək veteran vəsiqəsi ala bilməyən döyüşçülərin problemini qaldırmışıq. Qarabağ veteranların imtiyazları ilə bağlı məsələni də Zakir Həsənovla müzakirə etmək niyyətindəyik. Modernləşmə gedən bir dövrdə təlim-toplanışın bərpası, orta məktəbədə hərbi hazırlıq dərslərinin, hərbi hissələrdə gənc əsgərlərlə mütəmadi görüşlərin keçirilməsini və s. aktual məsələlərlə bağlı fikirlərimizi bölüşmək istəyirik”. 

F. Rzaquliyev əlavə edib ki, müharibə veteranları işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə hərbi əməliyyatların bərpasını vacib bilir. “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin yeganə yolu hərbi yoldur”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə