Modern.az

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası Bərdədə təsis yığıncağı keçirib

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası Bərdədə təsis yığıncağı keçirib

Təhsil

5 Noyabr 2013, 16:18

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası Təşkilat Komitəsi 3 oktyabr 2013-cü il tarixində Bərdə rayonunda təsis yığıncağını təşkil edib. Təsis yığıncağında təşkilat komitəsinin sədri Hürrü Əliyev və üzvlər Azər Talıblı, Həsən Qasımov, Cəsarət Nəcəfov iştirak ediblər.

Sədr  Hürrü Əliyev çıxışında AMAC-ın məram və məqsədindən danışaraq, bu yolun həm şərəfli eyni zamanda da, çətin bir yol olduğunu vurğulayıb. Onu da qeyd edək ki, təsis yığıncağında Bərdə rayonunun  bir qrup veteranları, müharibə əlilləri AMAC-ın məramını, mövqeyini, tutduğu yolu yüksək qiymətləndiriblər. Çıxışlarında xüsusi olaraq sonacan bu yolda mübarizə aparacaqlarını bəyan ediblər. Daha sonra Bərdə rayon təşkilat komitəsinə Əlibala Əliyev sədr seçilib. 8 nəfər isə qurultay nümayəndəsi təyin olunub.

”Diqqətinizə çatdıraq ki,  Bərdə rayon Qarabağ qaziləri Ağayev Əbülfəz Nəbi oğlu, Həsənov Elman Telman oğlu, Əliyev Məhəmməd Qasım oğlu, Məmmədov AbilAdil oğlu, Məhərrəmov İlqar Əli oğlu Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının tutduğu yolunu, məqsədini dəstəkləyərək partiyanın sıralarına qatıldıqlarını bəyan etdilər. Ümümilikdə AMAC Təşkilat Komitəsinin Bərdədə keçirilən təsis yığıncağı iştiakçılar tərəfindən yüksək qiymətləndirildi”-deyə partiyanın mətbuat xidmətindən bildirilib.






Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə