Modern.az

Dünya İstanbula toplaşır

Dünya İstanbula toplaşır

3 May 2010, 11:53

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun dəvəti ilə TürkPA baş katibinin müavini Kürşat Melih Sarıarslan 5-7 may tarixlərində İstanbulda keçiriləcək 13-cü Avrasiya ekonomi, enerji və mədəniyyətlərarası dialoq beynəlxalq sammitində iştirak edəcək.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə 3 gün davam edəcək beynəlxalq tədbirdə Azərbaycandan Prezident Administrasiyası nümayəndəsinin, Azərbaycan Parlamentinin vitse-spikerinin, sənaye və enerji nazirinin, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin, millət vəkillərinin iştirakı nəzərdə tutlub.

Dünyanın 40 ölkəsindən parlament sədrləri, baş nazirlər, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, millət vəkillərinin və media nümayəndələrinin iştirak edəcəyi 3 günlük sammitdə 2010-cu il və gələcəkdə dünyadakı enerji strategiyası və nəticələri, Nabukko proyekti, Qafqaz, Orta Şərq və Orta Asiyada baş verən proseslər nəzərdən keçiriləcək, Avropada, Asiyada baş vermiş qlobal maliyyə böhranı və bu istiqamətdə ölkələrin ortaq əməkdaşlığı müzakirə ediləcək. Sammitin son günü  isə mədəniyyətlərarası qlobal sülh və dialoq istiqamətində strateji əməkdaşlıq və regional problemlərin həll olunması kimi məsələlər müzakirə olunacaq.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir