Modern.az

Bakiyev qardaşlarının yerini deyəni 100 min dollar gözləyir

Bakiyev qardaşlarının yerini deyəni 100 min dollar gözləyir

Təhsil

3 May 2010, 11:58

Qırğızıstanın müvəqqəti hökuməti devrilmiş prezident Kurmanbek Bakiyevin ətrafının həbs olunması üçün mükafat ayırıb. Modern.az rus mətbuatına istinadən xəbər verir ki,  axtarışda olan şəxslərin siyahısına sabiq dövlət başçısının qardaşları Janış, Əhməd və Kanıbek, onun oğlu Maksim, eləcə də keçmiş baş nazir Daniyar Usenovun adları daxildir. Onların həbs olunmasına yardım edənlərə 20 mindən 100 min dollara kimi mükafat ayrılıb. Müvəqqəti hökumət mükafat alacaq şəxslərin adlarını məxfi saxlayacağını vəd edib.

Qeyd edək ki, Kurmanbek Bakiyev və onun qardaşı Janış (Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi) kütləvi qətllərdə ittiham olunur. Müvəqqəti hökumət iddia edir ki, adı çəkilən qırğız liderləri iğtişaşçılara atəş açılması barədə göstəriş verib. Kurmanbek Bakiyevin Belarusda olduğu bildirilir. Maksim Bakiyev ölkədən qaçıb, onun Latviyada olduğu güman olunur. Janış Bakiyevin isə yeri məlum deyil.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi