Modern.az

VHP Siyasi Şurasının üzvü tənqidlərə biganədir

VHP Siyasi Şurasının üzvü tənqidlərə biganədir

Təhsil

6 Noyabr 2013, 11:54


“Biz həmin saytlarda yazılanları ciddi qəbul etmirik. Həmin saytların səviyyəsi göz qabağındadır”. Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli deyib. S.Əsədli son zamanlar Milli Şuranın mitinqində etdiyi çıxışa görə bəzi saytlarda haqqında mənfi yazıların dərcindən narahat deyil: “Nə yazırlar yazsınlar, hər şey qaydasındadır. Biz fəaliyyətimizi kiminsə istəklərinə uyğun qurmuruq. Bu, siyasətdir, siyasətdə də hər şey gözləniləndir. Fəaliyyətimi olduğu kimi davam etdirəcəyəm. Mətbuatda partiyaya basqıların olduğunu yazırlar. Məsələni bu cür təqdim etmək düzgün deyil”.

O, VHP sədri Sabir Rüstəmxanlınının da çıxışla bağlı narazılığına münasibət bildirib: “Sabir bəy partiyanın sədridir. Onun fikirlərinə hörmətlə yanaşıram”.

İlkin 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə