Modern.az

“Sülh TV”də tanınmış şəxslər görünməyəcək

“Sülh TV”də tanınmış şəxslər görünməyəcək

Təhsil

6 Noyabr 2013, 12:13

“Bu, internet televiziya olacaq və “Sülh TV” layihəsi Ermənistanı, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edəcək”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avropa Hərəkatının (AAH) sədri Ramin Hacılı deyib. O bildirib ki, internet televiziyada sülhlə bağlı çəkilmiş sənədli filmlər, o cümlədən yeni çəkilmiş filmlər də nümayiş etdiriləcək:
“Bu ölkələrdə olan Avropa hərəkatları da müxtəlif verilişlər hazırlayacaqlar. Bu layihədə gizli məqam yoxdur. Zaman-zaman belə layihələr olub. “Sülh TV” növbəti layihədir və onun gerçəkləşməsində tanınmış şəxslər iştirak etməyəcəklər”.

R. Hacılı layihənin 2014-cü ilin yanvarına qədər davam edəcəyini bildirsə də, qeyd edib ki, layihənin davamlılığına səylər göstəriləcək.


İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə