Modern.az

“Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisi tanımalıdır”

“Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisi tanımalıdır”

3 May 2010, 12:37

Modern.az saytının suallarını millət vəkili, Milli Elmlər Akademiyasinin Şərqşünasliq İnstitutunun direktoru Gövhər Baxşəliyeva cavablandırır 

- Gövhər xanım, bugünlərdə ABŞ-ın Massaçusets ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb. ABŞ-ın digər ştatları da bu məsələni tanıya bilərlərmi?

- ABŞ-ın Massaçusets ştatında Xocalı faciəsinin soyqırım kimi tanınması çox əhəmiyyətlidir. Bundan xeyli öncə Leyla xanım Əliyeva tərəfindən start verilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İslam Konfransı Təşkilatının Parlament İttifaqı (İKT Pİ) bu qurumun Uqandada keçirilən toplantısında Xocalı faciəsini soyqırım aktı kimi tanımışdı. Ona görə belə hesab edirəm ki, biz bundan yararlanaraq işlərimizi daha da sürətləndirməliyik. Hər il 24 aprel ərəfəsində ermənilər tərəfindən uydurma “erməni soyqırımı” ilə bağlı hay-həşir salınır, istər-istəməz bütün türk aləmi, türk dünyası əsassız olaraq gərginlik keçirir. Belə demək mümkünsə, Türkiyə başda olmaqla, digər türk cümhuriyyətlərinə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Bu günə kimi Avropanın bir sıra ölkələri, Amerika, o cümlədən ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihələri qəbul edib və bunlar  da məhz həmin təzyiqin tərkib hissəsidir. Hər il belə bir gərginlik yaşanır ki, ABŞ prezidenti 24 aprel çıxışında “soyqırım” ifadəsini işlədəcək, ya yox... - Azərbaycan

bu kimi halların qarşısının önlənməsi üçün yetərincə işlər görə bilirmi?

- Bu kimi halların qarşısının önlənməsi üçün Azərbaycan parlamenti olaraq, indiyə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrini sənədləşdirib. Fövqəladə İstintaq Komissiyasının materialları (1918) da ortadadır, 1913-cü ildən 1918-ci ilə qədər Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri qətliamlar, soyqırımlar burada öz əksini tapmaqdadır. Hesab edirəm ki, bu sənədləri rus dilinə də tərcümə edib dünya parlamentlərinə göndərməliyik.

Faktlarla sübut olunub ki, 1918-ci il hadisələrindən öncə - 1905-1907-ci illərdə də ermənilər tərəfindən 100 mindən artıq azərbaycanlı amansızcasına qətlə yetirilib. 31 mart soyqırımı ilə bağlı mərhum Prezident Heydər Əliyevin məlum sərəncamı var və vaxtilə baş vermiş bütün qanlı hadisələr orada öz əksini tapıb. Bu sənədləri də dünya ölkələrinə göndərməliyik. Onu da deyim ki, Cənubi Azərbaycanda, Xoyda, Urmiyada və digər bölgələrdə 163 min azərbaycanlı qətl olunub. Biz bunların hamısını sənədləşdirib digər ölkələrin parlamentlərinə göndərməli, ermənilərin bu vandalizm hərəkətlərinə hüquqi-siyasi qiymət vermələrini xahiş etməliyik. Müraciətlə kifayətlənməyərək, həm də dünya ölkələrinin parlamentləri, parlamentariləri ilə geniş iş aparmalıyıq. Çalışmalıyıq ki, heç olmasa, bizə yaxın olan ölkələr, müsəlman ölkələri xalqımıza qarşı törədilən vandalizm hərəkətlərini soyqırım kimi tanısınlar. İstər Xocalı soyqırımı, istər 20-ci əsrin əvvəlində baş vermiş qətliamlar ilk öncə qardaş türk cümhuriyyətlərinin parlamentlərində, o cümlədən Türkiyə Böyük Millət Məclisində tanınmalıdır. Bunlar çox vacib və əhəmiyyətlidir.

 

Moderrn.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir