Modern.az

Azərbaycanlı diplomatların pensiyası artırıla bilər

Azərbaycanlı diplomatların pensiyası artırıla bilər

Təhsil

6 Noyabr 2013, 14:24

“Xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda çalışanların pensiyaları ilə bağlı məsələyə baxılır. Hazırda Xarici İşlər Nazirliyi ilə müzakirələr gedir”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, xaricdə çalışan diplomatik nümayəndələrin pensiya təminatının yaxşılaşdırılması gündəmdədir. “Bu, bizə imkan verəcək ki, diplomatların sosial təminatı daha da yaxşılaşdırılsın”.

S. Şərifov XİN-də çalışanların əmək haqlarının qaldırılması məsələsinə toxunaraq bildirib ki, onlara lazımi şərait yaradılır və vəsait ayrılır.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə