Modern.az

Azərbaycanda beynəlxalq rok festivalı keçiriləcək (fotosessiya)

Azərbaycanda beynəlxalq rok festivalı keçiriləcək (fotosessiya)

Qarabağ

3 May 2010, 13:48

st1:*{behavior:url(#ieooui) }

Mayın 2-də şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), “Bizim Gənclik” İctimai Birliyi və “Bakı küləyi” şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bakı küləyi” adlı rok konserti keçirilib. “Milan”, “Meridian” və “Milk&Kisses” rok qruplarının iştirakı ilə keçirilən konsert proqramı gənclərin gözlənildiyindən artıq marağına səbəb olub.

Konsertin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov rok musiqisinin Azərbaycanda çoxsaylı pərəstişkarının olduğunu vurğulayıb. Millət vəkili sözügedən konsertin 28 may Respublika gününə həsr olunduğunu qeyd edərək ölkəmizin keçdiyi şərəfli müstəqillik yolu haqqında gənclərə ətraflı məlumat verib və milli rokun inkişafına yönəlmiş bu cür konsertlərin bundan sonra da mütəmadi təşkil ediləcəyini söyləyib.

 

Daha sonra ARGTMŞ-nin mədəniyyət məsələləri üzrə katibi, “Bakı küləyi” şirkətinin sədri Babək Əliyev çıxış edərək bu konsertlərin ənənəvi hal alacağını diqqətə çatdırıb və yaxın vaxtlarda Azərbaycanda beynəlxalq rok festivalının keçiriləcəyini bəyan edib.  Səhnəyə ilk olaraq “Milan” qrupu çıxıb. Qrup xalq mahnılarının rok versiyasını Azərbaycan dilində səsləndirib. “Milan” bir saatlıq çıxışında tanınmış ifaçı James Bluntun repertuarındakı “You’re beautiful” mahnısını özünəməxsus ifa edib. Növbəti qrup - “Meridian” qrupu da ifa etdiyi mahnılarla gənclərin çoşğunluğuna və surəkli alqışlarına səbəb olub. Qısa zaman ərzində çoxsaylı pərəstişkarlar qazanan “Milk&Kisses” qrupunun üzvləri Fəridə Nelson və Dilarə Kazımova çıxışlarına Pinkin “So what” mahnısı ilə başlayıbr. Bir saatlıq çıxışına ən maraqlı mahnıları daxil edən qrup, tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb Bir saatı başa vurduqdan sonra səhnəni tərk edək “Milk&Kisses” tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdıb və Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki milli seçiminin final konserti üçün hazırladığı “İ am on fire” mahnısını ifa edib  Ayaq üstdə keçən poqramda tamaşaçıların rok musiqisi altında maraqlı rəqsləri, bir çox mahnıları qruplarla birgə ifa etmələri, istədikləri vaxt yerdə əyləşmələri maraqla qarşılanıb 

 

 

 

 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!