Modern.az

“Müsavat”da qalmaqallı seçkinin keçirilmə vaxt bəlli oldu

“Müsavat”da qalmaqallı seçkinin keçirilmə vaxt bəlli oldu

Təhsil

7 Noyabr 2013, 12:09


Noyabrın 17-də Müsavat Gənclər Təşkilatına (MGT) seçkilər keçiriləcək. Bu barədə Modern.az-a Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı məlumat verib. O bildirib ki, MGT-də sədr olmaq üçün namizədliklərini irəli sürənlər müəyyənləşib:

“Namizədlər Rüfət Hacıbəyli, Əhliman Abbas və Nurlan Əliyevdir. Hazırlıqlar normal gedir, namizədlərin təbliğatı aparılır. Hazırda seçiciləri siyahısı yekunlaşdırılır. Əminəm ki, noyabrın 17-də normal qaydada seçkilər keçiriləcək”.

T.Abbaslı həmin seçkilərdə Gənclər Təşkilatı Şurasına və Nəzarət Təftiş Komissiyasına üzvlərin də seçiləcəyini deyib.

Xatırladaq ki, Müsavat GT-yə keçirilən sonuncu seçkilərdə Cavid Hacıbəylinin qalib olduğu açıqlanmışdı. Bununla bağlı sonradan seçkidə iştirak edən digər namizəd Rauf Məmmədlinin partiyanın Divanına verdiyi şikayətə əsasən, seçkilərin nəticələri ləğv edilmişdi.

İlkin

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə