Modern.az

AzTV-nin məşhur diktorları DALAŞDI

AzTV-nin məşhur diktorları DALAŞDI

Media

7 Noyabr 2013, 12:42

Dünən ölkə ərazisində radio və televiziya günü qeyd edildi. Lakin belə bir gündə sovet dövründə yeganə radio və televiziya kanalı olan Azərbaycan Dövlət Televiziyası və Radiosunun hazırda çalışan və oranı tərk etmiş əməkdaşları arasında mübahisə düşüb.
 Modern.az xəbər verir ki, mübahisənin yaranmasına səbəb isə sosial şəbəkələrdə hazırda AzTV-də çalışan işçisinin yazdığı status olub.

Belə ki, hazırda AzTV-də “Xəbərlər” proqramının aparıcısı Rəşad Mehdili statusunda əvvəllər burada işləyib və sonra işdən çıxan əməkdaşları AzTV-ni bəyənməkdə qınayıb.

“Siz nə qədər özünü dağıtsanız da, AzTV elə AzTV olaraq qalacaq. Sözüm bir zamanlar burada işləyib, sonra bəyənməyənlərədi. Bacısı, qardaşı AzTV-də işləyəndə varsa, yoxsa AzTV-di deyib bar-bar bağıranlara! Nə oldu? Necə sifətiniz var? AzTV-nin bir siftəi var... Sizdə isə o da yoxdu!”.

Rəşad Mehdilinin qınağına isə cavab gedikməyib.

AzTV-ni tərk edəndən sonra “Space”də işləyən telejurnalist Zamirə Dadaşova Rəşad Mehdilinin fikri ilə razılaşmadığını bildirib.

“Tanıdqılarımdan kim AzTV-dən çıxıbrsa, hamı ora üçün darıxır. Mənim ilk iş yerim olub və 11 ilimi orada keçirmişəm. O vaxt əla kollektivimiz var idi. Əgər kiminsə mesajını oxumusansa, ona cavab yazın. Onu yazanlar da AzTV-dən yox, yəqin ki, kimlərdənsə incikdirlər”.

Tural Əliyev də AzTV-dən heç kəsin incimədiyini bildirib. “Kimlərdənsə ola bilər, amma kanalın özündən, şirkətə illərlə həyatını bağlayan insanlardan heç kimin inciməyə haqqı yoxdur. İndi AzTv-də işləməyə nə var? Şirkətin ağır vaxtlarında orada maaşsız işləyən insanları görmüşəm (3 ay). Maaş da o vaxtın pulu ilə 125 min manat). İndi var elə adam bircə ay pulunu gec alsın? 1 kameranı götürmək üçün 3-4 gün qabaq “zayavka” yazırdın. Cəkilişə də skoçlu mikrofon, qırıq ştatif və VHS kamera. Necədi? İndi kim özünə bunu siğışdırar? 2007-ci ilə kimi internetsiz (APA, və digər kanalların məhsulundan istifadə qadağası olan zaman), loru dildə desək, “rucka” vərəqlə 2-3 səhifə mətn yazan əjdahaları görmüşəm. Bir sözlə. kimsə Aztv-yə söz atanda konkret şirkətin ünvanına demir. Necə deyərlər, qızım sənə deyirəm, gəlnim sən eşit”.

AzTV-nin keçmiş diktoru, hazırda APA TV-də çalışan Nəsimi Nəbizadə isə bildirib ki, AzTV-nin bir sifəti olsa da, orada çalışanların bəzilərinə bunu aid etmək olmaz.

“Bəli, AzTV məktəbdir və bir sifəti var... Amma içindəki bəzilərinə bunu aid edə bilməyəcəm... Onlar da məktəbdir, amma ayrı cür məktəb, sifətləri isə "N" qədər... Belə də ki, hər şey öz qaydasındadır.
“İşimi dəyişəndən yanıma AzTV-dən bir 20 nəfər iş üçün gəlib. Adlarını təbii ki, çəkmək olmaz, hamı da, özləri də bilir niyə... Bu söhbəti də qurtarın ayıbdı”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır