Modern.az

Tanınmış jurnalistin 50 yaşı tamam oldu

Tanınmış jurnalistin 50 yaşı tamam oldu

Media

7 Noyabr 2013, 14:39


Bu gün Azərbaycanın tanınmış jurnalisti Əziz Rzazadənin ad günüdür. Jurnalistin  50 yaşı tamam olub. 1963-cü ildə Bakıda anadan olan Ə. Rzazadə Bakı Dövlət Unversitetinin jurnalisitka fakültəsini bitirb. Uzun illər ölkənin ən populayr qəzeti olmuş “7 gün” qəzetndə redaktor vəzifəsində çalışıb. Daha sonra “Bu gün”, “Vətəndaş Həmrəyliyi” və “Xəzər” qəzetlərində fəaliyyətini davam etdirib.

Ə. Rzazadə son illərdə internet media portallarında işləyib. “Kulis.az”, “Lent.az” portallarında yazıb. Hazırda Modern.az xəbər agentliyinin redaktorudur.

O həm də bədii ədəbiyyatla məşğuldur, 6 kitabın, o cümlədən Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Hüznlü fahişələrim”, “Eşq və başqa cinlər”, “Qaçırılma”, “Vəba günlərində eşq” romanlarını tərcümə edib. Bundan başqa,  ötən il müəllifi olduğu “şəbəkə” romanı ilə Milli Kitab Mükafatının “uzun siyahısına” düşüb.

Həmkarımızı yubiley münasibəti ilə təbrik edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir