Modern.az

Taxtakörpü qış yataqlarının atkeçməz yolları: “Üzümü nazirə və icra başçısına tuturam” - FOTO

Taxtakörpü qış yataqlarının atkeçməz yolları: “Üzümü nazirə və icra başçısına tuturam” - FOTO

7 Noyabr 2013, 20:23

Əslən Laçın rayonundan olan məcburi köçkün Xanalı Muradalı oğlu ilə qısa müsahibə

- Biz doğma yurd-yuvamızdan didərgin düşəndən Ağcabədi rayonu ərazisində yerləşən Taxtakörpü qış yataqlarında məskunlaşmışıq. İllərdiki Laçın deyə - deyə yaşayırıq. 21 ildir doğulub boya - başa çatdığım torpağım indi yad əllərdədi, bir faşizm kabusu indi gəzir o torpaqlarda. Biz də bur da nə vaxtsa Laçın alınacaq, qayıdacağıq öz torpaqlarımıza ümidi ilə yaşayırıq. Əminik ki, lap yaxınlarda Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı geri qaytarmağa nail olacağıq, biz buna inanırıq.

- Əmi, indi yaşadığınız bax bu yerlərdə vəziyyət necədir? Razısınızmı?

- Buna da şükür, oğlum, hər halda öz torpağımızdayıq. Torpağını sevməyən insana deyiləcək söz tapmıram şəxsən.

- Əmi işığınız, suyunuz, yollarınız bəs bütün bunlar sizi qane edirmi?

- İşıq, su sarıdan gileyimiz yoxdur. Amma bizim bu yollardan bircə dəfə hökümətimizin hansısa bir vəzifəli şəxsi gəlib keçə, mən inanmıram ki, o gedəndən sonra bu yollara biganə qala. Siz təsəvvür edin ki, qışda burada hərəkət etmək mümkün deyil. yağış yağsa uşaqlarımız məktəbə gedib - gələ bilmir. Maşınlar hərəkətdən qalır. Allah göstərməsin, birimizə bir şey olsa təcili yardım da gələ bilməz. Ya ölməlidi həmin insan , ya da bir vertalyot olmalıdır ki, onu təcili xəstəxanaya çatdırasan. Çox, çox pisdi yollarımız. Artıq dözə bilmirik. Mən üzümü Nəqliyyat Nazirliyinə və bizim icra başçımıza tuturam. Ən əsas Nəqliyat Nazirliyindən xahiş edirik bizim yollara biganə qalmasınlar, uşaqlarımız məktəbə rahat gedib-gələ bilsinlər. Biz də hamı kimi rahatlıq istəyirik, uşaqlarımızın rahatlığını istəyirik. Taxtakörpüdən bura-bizim qış yatağına cəmi 5-10 kilometr olmayan bu yolu düzəltsinlər, başqa heç nə istəmirik. Şükür Allaha dolanışığımız yaxşıdı. Uşaqlarımız məktəbə rahat gedib-gəlsin, bu bizə çox böyük sevinc bəxt edəcək. Mən inanıram ki, bu müraciətimdən sonra cənab nazirimiz bizə köməklik edəcək, lazımi göstərişlərini verəcək. Biz qaçqın və məcburi köçkünlərə hər zaman, hər yerdə dövlətimiz tərəfindən köməklik göstərilib, buna görə çox sağolumu deyirəm. Bizim rayondan olan bir şairin Məzahir Laçınlının bu sözləri həmişə məni kövrəldir. Hər dəfə bunu deyirəm öz-özümə.

Allah qurban olum Vətən oğluna,
Özgə necə pisdi, yad necə pisdi.
Qaçqın, köçkün və yaxud da didərgin,
Gör bizə qoyulan ad necə pisdi.

- Əmi, İnşallah bu probleminiz tezliklə həll olar. İnanıram ki, sizin bu müraciətinizə hökümətimiz tərəfindən baxılacaq.

Elçin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir