Modern.az

Akademiya institutları həm medianın hesabına çörək yeyir, həm də mediaya minnət qoyur

Akademiya institutları həm medianın hesabına çörək yeyir, həm də mediaya minnət qoyur

8 Noyabr 2013, 11:03


Modern.az
Elmlər Akademiyasının tabeliyində olan institutlar barədə ayrı-ayrılıqda yazı hazırlamağı nəzərdə tuturdu. Amma həmi institutlar sanki düşmən kəşfiyyatı ilə qarşılaşmış kimi mediadan uzaq durmağa çalışırlar.

Memarlıq və İncəsənət İnstitutu da elə məxfi xidmət orqanını xatırladır. İnstitutda ikinci şəxs sayılan direktor müavini, sənətşünaslıq elmlər doktoru İmaş Hacıyev hansısa səbəbdən heç bir söz deyə bilməyəcəyini etiraf etdi. Ona institutun problemləri,  hazırkı fəaliyyəti barədə yazı hazırlamaq istədiyimizi  bir daha xatırlatdıqda müavin direktor Ərtegin Salamzadənin kabinetinə gedib rəsmi icazə istədi. Lakin cənab Salamzadə nədənsə danışmaq istəmədi. Səbəb kimi “gəlişin qəfil olduğunu, mövzu barədə danışmaqdan ötrü hazır olmadığını” müavin vasitəsi ilə çatdırdı.

Arxeologiya və Etnoqrafiya İnstitutunda da eyni aqibətlə rastlaşdıq. Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli direktordan icazəsiz heç nə danışa bilməyəcəklərini dedi. Burda da hər şey bürokratik qaydalarla yalnız birincinin nəzarəti altındadır. Görünür, institutun direktoru Maisə Rəhimovanın “xoş ovqatda olmasını” gözləmək lazım gələcək.

Elmin Nuri
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı