Modern.az

Plenar iclasın gündəliyində dəyişiklik

Plenar iclasın gündəliyində dəyişiklik

Parlament

24 May 2024, 11:34

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

 

Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi əlavə edilib.


Bununla da parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 7 olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat