Modern.az

Daşkəsəndəki torpaq sürüşməsində 40 baş heyvan tələf olub

Daşkəsəndəki torpaq sürüşməsində 40 baş heyvan tələf olub

Təhsil

3 May 2010, 17:14

Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində dağlıq ərazidə torpaq sürüşməsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, torpaq sürüşməsinin əhatə etdiyi ərazi, təxminən, 500-600 kv.m. təşkil edib. Sürüşmə ərazisində yerləşən vətəndaşlara məxsus 2 tövlə torpaq altında qalıb, həmin tövlələrdən birində olan 30 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvan tələf olub. Elektrik xətləri və dayaqları qəza vəziyyətinə düşdüyü üçün rayonun Zəylik kəndinə elektrik enerjisinin ötürülməsi müvəqqəti dayandırılıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq hadisə rayonunda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi