Modern.az

Rabitə Nazirliyi jurnalistlərə yüksək mükafatlar verib

Rabitə Nazirliyi jurnalistlərə yüksək mükafatlar verib

Media

8 Noyabr 2013, 15:06

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi yekunlaşıb, qaliblər mükafatlandırılıb.

  Modern.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, iki mərhələdə keçirilən yazı müsabiqəsinə 114 yazı təqdim olunub. Yekunda 11 qalib seçilib.
1 nəfər “qran-pri”, 4 nəfərə əsas yerin pul mükafatları, 7 nəfərə isə noutbuk hədiyyə edilib. 

Qran-priyə 3000 manat, 1-ci yerə 2500 manat, 2-ci yerə 1500 manat və 3-cü yerə isə 1000 manat məbləğində mükafat verilib.   Müsabiqədə qran-pri mükafatı "Mövqe.az" saytının əməkdaşı Zülfiyyə Quluyevaya təqdim olunub.    "AzNews.az"-ın əməkdaşı – Ruhiyyə Daşsalahlı birinci yerə laiq görülüb. 2-ci yeri "Ayna" qəzetinin əməkdaşı Aynurə Əhmədova, 3-cü yeri isə "EVE-S" MMC-nin satış meneceri Zahir Hətəmov qazanıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar