Modern.az

Fəzail İbrahimli: “Himni ucadan oxumaq mənəvi borca çevrilməlidi”

Fəzail İbrahimli: “Himni ucadan oxumaq mənəvi borca çevrilməlidi”

9 Noyabr 2013, 08:21

Yəqin ki, Türkiyə vətəndaşları ilə eyni rəsmi tədbirdə olmusunuz. Təkcə rəsmi deyil, lap elə qeyri-rəsmi tədbirlərdə də onların öz himnini necə oxuduqlarını da yəqin eşitmisiniz. Azərbaycanlıların öz himnimizi oxumaları ilə Türkiyədə olan anoloji hal arasında fərqi həmən hiss etmək mümkündü. Zalda 10-a yaxın Türkiyə vətəndaşının oxuduğu himn, 70-dən çox azərbaycanlının oxuduğu himndən möhkəm səslənir.
Himn dövlət atributu olmaqla bərabər bir ruhi məfhum daşıyır. Belə ki, oxuduğu himni öz ruhundan keçirmək üçün insan özünün mənəvi inkişaf mərhələsinə qədəm qoymalıdı. Himnin kortəbii şəkildə, əzbərdən, ruhsuz ifa olunması sünilikdən başqa bir şey deyil. Ucadan səslənən himn insanın ruh səsini özündə əks etdirir. Bizlərdə himn çox astadan və könülsüz ifa olunur. Bu o deməkdir ki, milli təəssübkeşliyimiz və ruh səsimiz zəifdi.

Modern.az bu məsələyə dair Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimlinin fikirlərini öyrənib.

“Adətən bizdə insanlar himni ürəklərində oxuyur. Dildə bu himni oxuyan az-az insanlara rast gəlmək olar. Mən tədbirlərdə himn oxuyan zaman ətrafa baxanda ucadan himn ifa edən az adam müşahidə edirəm. Qəlblərində oxuyanların da dodaqlarındakı, üzlərindəki mimikadan bilinir. Milli Məclisdə bu mövzu müəyən çıxışlarda öz əksini tapıb. Dövlətimizin himnidirsə, buna hamı ürəkdən yanaşmalıdı. Əsas odur ki, dövləti, milləti himni sevəsən. Bu, bizim borcumuzdu. Çünki hər bir xalqa müstəqillik və himn oxumaq nəsib olmur.
Bizim insanlarda kifayət qədər vətənəpərvərlik hissi var. Azərbaycan siyasi arenasında mənim qəbul etdiyim bir məsələ var. İstərdim onun deyim. Dil, vətən, torpaq məsələlərində Azərbaycanda nə yaxşı ki, hamı eyni cür düşünür. Siyasi mövqeyindən asılı olmayaraq vətən, torpaq, millət məfhumlarında hamı vahid mövqedədir. Bunlar isə vahid bir millətin varlığını bildirən məsələlərdi. Bu məsələdə bir az rahatçılığım var. Qarabağla bağlı heç bir Azərbaycan vətəndaşının fərqli fikri yoxdu. Hamı istəyir ki, Qarabağ azad olsun.
Himn də dövlətin atributlarından biridir. Bir jurnalist kimi bu məsələni gündəmə gətirməyiniz çox yaxşıdı. Himni ucadan oxumağa hamının mənəvi haqqı var. O vətəndaşın mənəvi borcuna çevrilməlidi”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?