Modern.az

Oyun oynamayaq!

Oyun oynamayaq!

9 Noyabr 2013, 19:46

Son günlərin ən dəb sualı: “Erməni ilə oynayarsanmı?”. İndi hamı bu suala cavab axtarır, sorgular keçirir. Hər kəsin də cavabı məlumdu. Kim durub deyəcək “Mən erməni ilə oynayaram”. Əgər bu sual mənə də verilsəydi, cavabim “Yox!” olacaqdı. İndi coxumuz erməni qızı  ilə rəqs edən Ramin Hacılını lənətləyirik, onu xalq düşməni elan etmişik. Mənim Raminlə şəxsi dostlugum yoxdu. Sadəcə sosial şəbəkədə 500 dostumdan biridir ki, o dostlarımın çoxu ilə də bir dəfə belə, salamlaşmamışam. Ramin də sadəcə o dostlardandı. O üzdən də ona yazılan hər bir ittiham, söyüş, təhqir mənim də gözümü mazol edib.

Gəlin Ramini günahkar elan edək. Deyək ki, o oynamamalıydı, böyük səhv edib. Bəs biz? Biz bu məsələdə nə qədər səmimiyik? Bəs xarici ölkələrdə ermənilərlə dostluq edən azərbaycanlılardan xəbəriniz varmı? Rəqs nədi ki, iş ortagı olan, bir birinə qardaş deyən insanalrı heçmi tanımırsınız? Ya da heç uzagı götürməyək. İşgal altında torpaqlarımızdan yazaq. O torpaqlarda yağıların rəqs etdiyini bilirikmi? Yox, heç ondan da yazmayaq. İşğal olunmuş torpaqlarımızın adına açılan şadlıq saraylarından yazaq. “Şuşa”, “Qarabag”, “Həkəri”, “Laçın”, və s. şadlıq sarayıarında utanmaz-utanmaz əl açıb oynayırıq. Yeyib-içir, sərxoş olub “meymunluq” edirik. O zaman niyə özümüzü lənətləmirik? Demirik ki, “ay özüm, vicdanın olsun, axı işğal olunmuş rayonun adına şadlıq sarayı olmaz”.

Yaxşı, biri ağıl qıtlığı çəkib belə bir şey edib, sən niyə gəlib burda arsız-arsız oynayırsan? Vallah orda qol açıb oynamaqla erməni ilə qarşı-qarşıya oynamaq eynidir. Erməni bizə əsrlər boyu  düşmən olub. Bu yeni xəbər deyil. Amma biz hər zaman unudub onlardan özümüzə kirvə tutumuşuq. Erməni kirvəsi olanların adı nədi? Hələ erməni qadınını namusu edib, baş tacına çevirən kişilərimizi demirəm. Bəs erməniylə evlənən, onların qanını qanına qatanlar?

Biz birini ittiham edərkən bir az dərin düşünməliyik. Bəli, razıyam erməni ilə oynamaq olmaz. Çünki onlarla oynarsaq, fərqi yoxdu hansı məqsədlə olursa olsun, o zaman məzarda uyuyan şəhidlərimizin ruhları sadəcə “ah!” çəkər.
Amma “erməni ilə oynarsanmı” sualını verən zamanda dərin düşünmək lazımdı. Bax, qanlı 20 yanvar faciəsində bizi qanımıza qəltan edən ruslarla oynayırıq. Ermənilərin arxasında duran, torpaqlarımızı işgal etməkdə başlıca rol oynayan, düşmənimizə dost deyən millətlə. Rusiyaya gedən oglanlarımızın ilk işi onlarla evlənmək, əylənmək, rəqs etmək olur.

Oynamaq dərin məsələdi dostlar... Torpaqlarımız işğal altındadı. 20 ildi oturub gözləyirik. Gözləməyə davam etsək, bizdən sonrakı nəsil, ya da ondan sonrakı nəsil sizcə nə edəcək??? Erməni ilə oyanayacaqmı??? Oynamaq ciddi məsələdi əzizlərim. Gəlin bir-birimizlə oyun oynamayaq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır