Modern.az

Dilənçilərin dilənməyi kimə sərf edir?!

Dilənçilərin dilənməyi kimə sərf edir?!

10 Noyabr 2013, 00:23

Bu yazını yazmağıma səbəb bugün metroda gördüyüm mənzərə oldu.10-11 yaşlarında, əynində nimdaş bir ətək, tiftiklənmiş kofta, qaloşa oxşar ayaqqabı geyinmiş, lakin saçlarından böyük qadınlara oxşayan dilənçi qız oldu. Qatarın sürətli hərəkətinə baxmadan vaqonda o baş-bu başa var-gəl edən, “atam türmədə, anam xəstədir” deyərək insanlara əl açan dilənçi qız!

Qatar “Nərimanov”dan “Ulduz”a gedənə qədər bacardığından yığdı. Yalvarıcı baxışlarla, insanların duyğularına təsir edərək, özünə pul qazanırdı. Orasını düz bilmirəm ozünəmi qazanır, ya özgələrəmi.

Bu yaxşıdır diliylə deyirdi. Dilsiz olduğunu idda edərək dərdlərini kağızlara yazanlar, ayaqları ola-ola gizlədib “şikəstəm” deyənlər, qapı-qapı gəzib “yoldaşım ağır xəstədir, Allah xətrinə kömək edin” deyənlərdən söhbət salmıram heç. Saymaqla bitmirlər ki!
Maraqlıdır, ictimai nəqliyyatda dilənçilərin belə sərbəst dolaşması polislərimizin gözünə nə əcəb dəymir. Qapıdan girəndə heç də şübhəli görünməyən insanları dırnağına qədər yoxlayan polislərimiz dilənçilərə nə əcəb mane olmur? Deyə bilərsiz ki, o boyda insan axını içində gözdən yayınıb yəqin. Bir dəfə yayınsın, iki, üç dəfə...

Bəlkə də kimlərəsə sərf edir onalrın dilənməyi…

Gülşən Raufqızı    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?