Modern.az

\"Ermənistan nümayəndələri Avrasiya Hökumətlərarası Şurasının toplantısına qatılacaq\"

\

27 May 2024, 16:16

Ermənistan nümayəndə heyəti Avrasiya Hökumətlərarası Şurasının toplantısında iştirak edəcək.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

 

Toplantı iyunun 3-4-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

 

Qeyd edək ki, nümayəndə heyətinə kimlərin daxil olacağı açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?