Modern.az

Qafqaz Müsəlmanları İdarəsi II Qareginlə bağlı bəyanat verib

Qafqaz Müsəlmanları İdarəsi II Qareginlə bağlı bəyanat verib

3 May 2010, 19:04

Qafqaz Müsəlmanları İdarəsi  bütün ermənilərin katalikosu II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı mətbuatda gedən yazılarla bağlı rəsmi bəyanat yayıb. Modern.az xəbər verir ki, bəyanata əsasən, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarından biri II Qareginin Bakıda ziyarət etdiyi yerlər barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə qeyri-dəqiq məlumat verib. Bu isə bəhş olunan anlaşılmazlığın yaranmasına yol açıb. Məlumatın dəqiqləşdirilməsindən sonra II Qareginin və onu müşayiət edən şəxslərin Şəhidlər Xiyabanını ziyarət etmədiyi məlum olub. Qeyri-dəqiq məlumat yayan İdarənin əməkdaşı isə cəzalandırılıb.

  

Qeyd edək ki,  bu gün  Eçmiədzinin kilsəsinin mətbuat xidməti  II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib edib. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi