
“Biz mövqeyimiz ortaya qoyub müdafiə olunacayıq”. Bunu
Modern.az-a “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Şuranın sədri Cəmil Həsənlinin qəzeti məhkəməyə verməsinə münasibət bildirərkən söyləyib. Qəzetin nə səbəbə məhkəməyə verildiyini hələ bilmədiyini deyən baş redaktor “Yeni Azərbaycan” qəzetinin həmişə peşə etikasına riayət etdiyini bildirib.
“Mən də bu gün mətbuat səhifələrindən tanış olmuşam ki, belə bir iddia var. Amma nəyə görə, hansı yazıya görə? Belə bir şey olacaqsa, mövqeyimizi müdafiə etməyə hazırıq. Onu da əlavə etmək istəyirəm ki, “Yeni Azərbaycan” qəzeti öz səhifələrində qeyri-etik və təhqiramiz ifadələrə yer vermir. Konkret fakt ortaya çıxarılarsa, müdafiə olunacayıq”.
Vüqar İsmayılov