Modern.az

Əli Hüseynlidən ETİRAZ: “Mənzil-kommunal sahəsinə ayrılan pulu azaltmaq lazımdır”

Əli Hüseynlidən ETİRAZ: “Mənzil-kommunal sahəsinə ayrılan pulu  azaltmaq lazımdır”

Təhsil

12 Noyabr 2013, 14:09


Milli Məclisin bu günkü plenar iclası zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2014-cü ilin büdcə zərfində mənzil-kommunal sahələrinə ayrılan məbləğin çoxluğuna etiraz edib.

  Modern.az bildirir ki, deputat çıxışı zamanı bildirib ki, büdcədə mənzil-kommunal sahələrinə ayrılan məbləğ kifayət qədər böyük vəsaitlərdir. “Mənzil-kommunal sahəsinə ayrılan vəsaitləri daha da azaltmaq və başqa sosial layihələrə yönəltmək mümündür”-deyə deputat qeyd edib. 

Azərbaycanın böyük bir hissəsi işğal altında olduğunu deyən Ə.Hüseynli bildirib ki, buna görə insanlarımız dağlıq ərazidə yaşamaq və ora uyğunlaşmaq şəraitini itirir.  

“Yeni müdafiə naziri bildirib ki, biz dağlıq ərazidə vuruşmaq vərdişlərinə yiyələnməliyik. Ona görə büdcədən müəyyən vəsait yüksək dağlıq ərazilərdə yaşayış məskənlərimizin salınmasına da yönədilə bilər. Bu genfondumuzun formalaşmasına müsbət təsir edər. Biz Dağlıq Qarabağı qaytaracağıq. Amma bununla bərabər elə etmək lazımdır ki, insanlar o yaşam vərdişlərini utunutmasınlar”-deyə Ə.Hüseynli naratl;ğını ifadə edib.  

Aytən Əliyeva    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə