Modern.az

“Rəvan Sığorta”nın baş mühasibi haqda cinayət işi məhkəməyə göndərildi

“Rəvan Sığorta”nın baş mühasibi haqda cinayət işi məhkəməyə göndərildi

Təhsil

12 Noyabr 2013, 14:51
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 

ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun, cəmiyyətin sığorta üzrə satış menecerləri tərəfindən ayrı-ayrı müştərilərdən toplanmış 1 milyon 106 min manat məbləğində sığorta haqlarının 881 min 194 manatını cəmiyyətin xəzinəsinə təhvil verməklə qalan 224 min 843 manat məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan N.Zeynalova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.  

Baş Prokurorluğun mətbuat xidmətindəın Modern.az-a bildirilib ki, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə