“Rüstəm İbrahimbəyovun MŞ-da həmsədr kimi qalmasında problem yoxdur. Cəmil Həsənli ilə Rüstəm İbrahimbəyov arasında dostluq münasibətləri var. Hər ikisi yüksək çaplı ziyalıdır. Onlar bir-birləri ilə uzun illərdir ki, çox yaxşı işləyirlər. Zənnimcə, bu həmsədrlik məsələsini iki ziyalının öhdəsinə buraxsaq, daha yaxşı olar. Özləri qərar versinlər”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şura Razi Nurullayev üzvü deyib. Onun sözlərinə görə, MŞ üzvləri həmsədrliklə bağlı yekun qərarı səsvermə ilə müəyyən edəcəklər: “Əgər MŞ üzvləri həmsədrlik institutunda bir problem və ziyan görsələr, fikirlərini bölüşəcəklər, narahatlıqlarını səsləndirəcəklər. Burada öz adımdan bir ziyan görmürəm. Amma sonunda sədrlik və həmsədrlik məsələsini iki ziyalı öz aralarında həll etməlidir. Hər ikisi bizim üçün əzizdir. Niyə lazım olmayan yerdən xətir sındıraq?”.