Modern.az

İranın Azərbaycandakı səfirliyi: "Nazir mətbuat konfransı keçirməyəcək"

İranın Azərbaycandakı səfirliyi: "Nazir mətbuat konfransı keçirməyəcək"

3 May 2010, 20:53

Xəbər verildiyi kimi, İran İslam Respublikasının daxili işlər naziri Müstafa Məhəmməd Nəccar Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun rəsmi dəvətinə əsasən Bakıda səfərdədir.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bu gün Müstafa Məhəmməd Nəccarın sabah saat 11.30-dan 12.30-a qədər “Park Hyatt” hotelində mətbuat konfransı keçirəcəyi barədə məlumat yaymışdı. Bu gün axşam səfirlık mətbuat konfransənın təxirə salınması barədə ikinci açıqlama yayıb: “

İran İslam Respublikasının Daxili İşlər naziri cənab Müstafa Məhəmməd Nəccarın 04.05.2010-ci il tarixində saat 11.30-dan 12.30-a qədər “Park Hyatt” hotelində keçirilməsi nəzərdə tutlmuş mətbuat konfransı, iş qrafiki sıx olduğuna görə təxirə salınmış və  bundan öncə bildirilmiş vaxtda keçirilməyəcəkdir”. Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir