
“Ölkədə Hepatit C hədsiz dərəcədə artıb. Ona görə bununla bağlı dövlət proqramının qəbul olunması və dövlətin hesabına onların müalicə olunmasına ehtiyac var”. Modern.az bildirir ki, bu barədə Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat həmçinin 2014-cü il dövlət büdcəsində ucqar dağ kəndlərinin propblemlərinin, xüsusilə ən vacib infrastruktur layihələrinin gerçəkləşdirilməsini əks olunmasını arzulayıb. “Dağ kəndlərində gənclərin kəndləri tərk etməsi, iş üçün müvəqqəti getməsi sonradan daimi olur və kəndlər boşalır. Kənd yerlərində yolların təmiri, gənclər üçün məşğulluq mərkəzlərinin yaradılmasına ehtiyac var”-deyə deputat vurğualyıb.
Deputat həmçinin şəhid ailələri, Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı evlərin tikintisinin davamlı olmasını təklif edib.
Aytən Əliyeva