Modern.az

Dağlıq Qarabağ erməni parlamentini iki yerə BÖLDÜ

Dağlıq Qarabağ erməni parlamentini iki yerə BÖLDÜ

Təhsil

12 Noyabr 2013, 18:28

Modern.az bildirir ki, Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təqdim olunan qanun layihəsinin müzakirəsi qarşılıqlı ittihamlar şəraitində davam edir.

Parlamentin Xarici Əlaqələr komissiyasının üzvü Aleksandr Arzumanyan qanun layihəsinin qəbulunun əleyhinə çıxıb. Onun fikrincə, danışıqlar indiki formatda davam etməlidir. “Mən onlarla arqument gətirmişəm və daha 10 min arqument gətirməyə hazıram ki, qanun layihəsinin tanınması Ermənistan və Dağlıq Qarabağın maraqlarından çıxış etmir”.

“Daşnaksütyun” partiyasından parlamentə üzv Armen Rüstəmyan isə qanun layihəsini dəstəkləyəcəklərini bildirib. “Biz səsvermədə iştirak edəcəyik və qanunun leyhinə səs verəcəyik”.

Müxalif “Erməni Milli Konqresi” isə Qarabağın müstəqilliyinin tanınması üçün əlverişsiz vaxt olduğunu, Ermənistanı beynəlxalq aləmdən təcrid edə biləcəyini və bu səbəbdən səsvermədə iştirak etməyəcəklərini bildirib.
“DQR-in müstəqilliyinə kağız üzərində deyil, əhali köçürməklə və inkşafla nail olmaq olar”-deyə fraksiya açıqlama yayıb.

Hakim Respublika Partiyasının “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi haqqında” qanun layihəsini dəstəkləməməsi isə layihənin müəllifi Zarui Postancyanı özündən çıxardıb. Deputat iqtidarı vətənə xəyanətdə ittiham edib.

“Madir prinsiplərindən birinin Qarabağ ətrafındakı rayonların qaytarılması olduğu halda hakimiyyət Dağlıq Qarabağın hansı təhlükəsizliyindən danışır? Siz bütün danışıqlar prosesini iflasa uğratdınız və indiki situasiyada Qarabağın müstəqilliyini tanımağa məcbursunuz”.
Bundan əlavə Postancyan “İrs” partiyasının parlamentə Türkiyənin “Qərbi Ermənistan və Kilikiya” torpaqlarını işğal etməsi barədə qanun layihəsini yaxın vaxtlarda təqdim edəcəyini məlumat verdi.

 Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə