Modern.az

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

3 May 2010, 21:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər nazirinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinə yeni təkan verəcəyinə əminliyini bildirib. İran İslam Respublikası daxili işlər nazirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini münasibətlərimizin yaxşı göstəricisi kimi qiymətləndirən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu deyib.
İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla xatırlayan Mustafa Məhəmməd Nəccar başçılıq etdiyi nümayəndə heyətində onu İran İslam Respublikasının Azərbaycan ilə həmsərhəd olan 4 ostanının valilərinin müşayiət etməsini səfərə verilən önəmin təzahürü kimi dəyərləndirib.
Dövlət başçısı İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?