Modern.az

Medvedev karyerasını başa vurdu

Medvedev karyerasını başa vurdu

İdman

2 İyun 2024, 20:20

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev karyerasını başa vurub.

 

Modern.az xəbər verir ki, o, “Qarabağ” və “Zirə” arasındakı Azərbaycan Kubokunun finalında futbolla vidalaşıb.

 

“Qarabağ”ın prezidenti Tahir Gözəl bu münasibətlə Medvedevə üzərində 552 (futbolçunun keçirdiyi oyun sayı) yazılmış forma hədiyyə edib.

 

Medvedev 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir