Modern.az

Ərdoğan: “Azərbaycan-Türkiyə siyasi əlaqələri mükəmməl səviyyədədir”

Ərdoğan: “Azərbaycan-Türkiyə siyasi əlaqələri mükəmməl səviyyədədir”

13 Noyabr 2013, 16:41


“Rəsmi Ankara Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək”.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün necə əhəmiyyətlidirsə, Türkiyə üçün də eyni dərəcədə əhəmiyyət kəsb edir və bu, Ankaranın da problemidir:

"Dağlıq Qarabağ problemi Türkiyə xarici siyasətinin gündəmində olan əsas məsələlərdən biridir və rəsmi Ankaranın bu məsələdən vaz keçməsi mümkün deyil".

Baş nazir bildirib ki, Ankara Dağlıq Qarabağ probleminin dialoq çərçivəsində həlli üçün Azərbaycana şərtsiz dəstəyini davam etdirir və bundan sonra da davam etdirəcək.

R.T.Ərdoğan deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür.

O, bildirib ki, Azərbaycan-Türkiyə siyasi əlaqələri mükəmməl səviyyədədir və dövlətlər arasında heç bir problem yoxdur.

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu