Modern.az

“Azərkosmos” Açıq Səmdar Cəmiyyəti yaradıldı

“Azərkosmos” Açıq Səmdar Cəmiyyəti yaradıldı

4 May 2010, 00:29

Prezident İlham Əliyev mayın 3-də “Azərkosmos” Açıq Səmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

Prezident İlham Əliyevin mayın 3-də imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının “Əməkdar pilot”u fəxri adı təsis edilib.
Fərmanda qeyd olunur ki, yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin əməyini qiymətləndirmək məqsədi ilə mülki aviasiya sahəsində "Əməkdar Pilot" fəxri adı təsis edilsin.
Fərmanın növbəti bəndinə əsasən müvafiq qanunvericilik aktlarına dəyişikliklər ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir